• İQTİSADİYYAT

    17:16 1 aprel 2019

Dövlət Agentliyi: Ağsuda torpaq sürüşməsi ilə əlaqədar yolda hərəkət qısa müddətlik məhdudlaşıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağsu rayonu ərazisində torpaq sürüşməsi barədə məlumat yayıb.

Agentlikdən ONA-ya daxil olan məlumatda bildirilir ki, bu gün səhər saatlarında Ağsu rayonunda dağda yaranmış sürüşmə nəticəsində Ağsu-Xanbulaq avtomobil yolunun təqribən 7-ci km-də yolun hərəkət hissəsinə dağın yamac hissəsindən torpaq qatı axaraq tökülüb.

Nəticədə yolla hərəkət qısa müddətlik məhdudlaşıb.

"Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentiyini texnika və canlı qüvvəsi cəlb olunaraq qısa müddət ərzində yaranmış problem aradan qaldırılıb və yol ilə hərəkət bərpa olunub.

Qeyd edək ki, ərazi aktiv sürüşmə zolağında yerləşir və torpaq uçqununa intensiv yağışlar səbəb olub", - deyə məlumatda deyilir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR