“Dövlət Aqrar Ticarət Şirkəti” MMC fermerlərə gələcəkdə təşkil olunacaq yarmarkalarda iştirakına dəstək olacaq.
ONA-nın xəbərinə görə, bunu MMC-nin direktoru Leyla Məmmədova deyib.
Onun sözlərinə görə, bir çox hallarda fermerlər istehsal etdiyi məhsulları paytaxta çatdırılmasında çətinliklərlə üzləşirlər.
"Bəzi hallarda fermerlər anbar problemləri ilə üzləşirlər. Biz bu sahələrdə “Dövlət Aqrar Ticarət Şirkəti” olaraq ödənişsiz şəkildə fermerlərə köməklik edəcəyik. Fermerlər sadəcə bizə müraciət edərək yarmarkada iştirak edəcəyini bildirmələri kifayətdir. Biz onların məhsullarını qeyd edəcəkləri ünvandan alıb, şəhərdə yarmarkalar vasitəsilə satışını təşkil edəcəyik", - deyə L. Məmmədova qeyd edib.
O həmçinin əlavə edib ki, fermerlər məhsul göndərərkən, onun keyfiyyətinə ciddi şəkildə diqqət yetirməlidirlər.