Dövlət məktəbəqədər təhsil müəssisələri və ümumi təhsil müəssisələrinə lisenziya verilməsinə görə rüsum alınmayacaq.
ONA-nın məlumatına görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib
Hazırda qüvvədə olan qanun layihəsinə görə, məktəbəqədər təhsil müəssisələri lisenziya verilməsinə görə 1250 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) isə 10000 manat dövlət rüsumu ödəməlidir.
Qanun layihəsinə dəyişiklik qəbul edilib.