• İQTİSADİYYAT

    16:50 22 may 2019

Azərbaycanın dövlət büdcəsindən iqtisadi fəaliyyətlə bağlı yönəldilən xərclər 2 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanın dövlət büdcəsindən iqtisadi fəaliyyətlə bağlı xərclərə 1 357,3 mln. manat vəsait yönəldilib ki, bu da 2017-ci illə müqayisədə 581,8 mln. manat və ya 1,8 dəfə çoxdur. Bu bölmə üzrə xərclər dövlət büdcəsi xərclərinin 6% təşkil etmiş ki, bu da 2017 illə müqayisədə 1,6 faiz-bənd çoxdur.

ONA-nın məlumatına görə, bu, "Azərbaycanın 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində öz əksini tapıb.

Xərclərin artımının əsas səbəbi SOCAR-ın nizamnamə kapitalının artırılması üçün (Ümid, Qarabağ və Babək yataqları üzrə işlərin davam etdirilməsi ilə bağlı xərclər) 663,2 manat, ölkəyə idxal olunan təbii qazın “Azərenerjı” ASC-ə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi ilə bağlı subsidiyanın verilməsi üçün 296,3 milyon manat, Şərq-Qərb dəmir yolu dəhlizinin Bakı-Böyük Kəsik xəttində rabitə-işıqvermə sisteminin yenidən qurulması üçün “Azərbaycan Demir Yolları” QSC-yə 100 mln. manat, ümumi istehsal gücü 385 meqavat olan 22 ədəd modul tipli elektrik stansiyalarına qaz əsaslı elektrik mühərriklərinin satın alınması üçün “Azərenerji” ASC-yə 81,4 mln. manat vəsaitin ayrılması ilə bağlı olub.

Bu bölmədən Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərclərinə 150 mln. manat, o cümlədən sosial mənzillərin tikintisinə 100 mln. manat və güzəştli ipoteka proqramının təsdiqi üçün 50 mln. manat vəsait yönəldilib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR