Ötən ilin dövlət büdcəsinin ehtiyat fondunun xərcləri proqnozlaşdırılandan 5,8 faiz az olub.
ONA-nın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində əksini tapıb.
Keçən ilin dövlət büdcəsində dövlət büdcəsinin ehtiyat fondunun proqnozlaşdırılan xərcləri 492 milyon 566,1 min manat olsa da, icra olunan xərclər 28 milyon 341,1 min manat az - 464 milyon 225 min manat olub.
"Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.