• İQTİSADİYYAT

    07:39 20 mart 2019

Dövlət büdcəsinin tərtibi qaydası dəyişib

Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edib.

ONA-nın məlumatına görə, dəyişikliyə əsasən Maliyyə Nazirliyinə yeni vəzifə həvalə edilib.

Maliyyə Nazirliyi cari ilin sentyabr ayının 25-dən gec olmayaraq növbəti il üçün proqnozlaşdırılan büdcə xərclərinin iqtisadi və inzibati təsnifatlar üzrə bölgüsü barədə məlumatı Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR