• İQTİSADİYYAT

    11:32 18 aprel 2019

Dövlət Gömrük Komitəsi büdcəyə ödənişlərini artırıb

Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsi (DGK) ilə dövlət büdcəsinə 1 014,070 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 39,4% çoxdur.

ONA-nın DGK-yə istinadən verdiyi məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 17,85% artaraq 227 314,6 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmalar 40,4% artaraq 699 856,7 min manat, aksizlər 2,8 dəfə artaraq 77 073,1 min manat, yol vergisi üzrə daxilolmalar isə 19,3% artaraq 9 825,6 min manat təşkil edib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR