• İQTİSADİYYAT

    11:09 29 aprel 2019

Azərbaycan AÇG-dən 140 mlrd. dollardan çox gəlir əldə edib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənilməsi layihəsi üzrə əldə olunan ümumi gəlirləri (2001-ci ildən etibarən) 140,450 mlrd. ABŞ dolları (01.04.2019 tarixinə) təşkil edib.

ARDNF-dan ONA-ya verilən xəbərə görə, ilin birinci rübündə bu göstərici 2,243 mlrd. dollar olub. Ötən ilin analoji dövrü ilə müqayisədə Fondun gəlirləri 8,6% artıb.

Bundan başqa, "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər (01.01.2019 - 01.04.2019 tarixinə) 91 mln. dollar təşkil edib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR