Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2019-cu ilin yanvar-may aylarında 2 327,7 mln. ABŞ dolları məbləğində valyuta satıb.
ONA-nın apardığı hesablamalara görə, bu göstərici ötən ilin yanvar-may ayları ilə müqayisədə 207,6 mln. dollar və ya 8,2% azdır.
Qeyd edək ki, Fond tərəfindən 2019-cu ilin may ayı ərzində 352,4 mln. dollar məbləğində vəsait satılıb. Bu ilin aprel ayı ilə müqayisədə Fond tərəfindən satılan dolların həcmi 20,2% azalıb. Ötən ilin aprel ayı ilə müqayisədə isə bu göstərici 20% yaxın azalıb.