Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2019-cu ilin yanvar-aprel aylarında 1 975,3 mln. ABŞ dolları məbləğində valyuta satıb.
ONA-nın apardığı hesablamalara görə, bu göstərici ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 137,5 mln. dollar və ya 6,5% azdır.
Qeyd edək ki, ARDNF Fond tərəfindən 2019-cu ilin aprel ayı ərzində 423,7 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Bu ilin mart ayı ilə müqayisədə Fond tərəfindən satılan dolların həcmi 29,4% azalıb. Ötən ilin aprel ayı ilə müqayisədə isə bu göstərici 47,2% azalıb.