• İQTİSADİYYAT

    10:37 29 aprel 2019

ARDNF ötən rüb qısamüddətli investisiya alətlərinə üstünlük verib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatda bu ilin martın 31-nə birinci yeri (38,7% ilə) A reytinqli investisiya alətləri tutur.

ONA ARDNF-ın 2019-cu ilin birinci rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, investisiyaların 30,6%-i AAA reytinqli, 22,1%-i AA reytinqli, 7,4%-i BBB reytinqli, 1,2%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.

Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 29,6%-i 0-1 il, 45,3%-i 1-3 il, 15,2%-i 5 ildən artıq, 9,9%-i isə 3-5 il müddətinə yerləşdirilib.

Qeyd edək ki, ARDNF-ın cəmi investisiya portfeli 40 272,87 mln. manata çatıb.

Emil

Teqlər:

SON XƏBƏRLƏR