• İQTİSADİYYAT

    12:25 1 mart 2019

Dövlət satınalmaları üzrə vahid internet portalı təqdim olunub - FOTOSESSİYA - VİDEO

Martın 1-də Bakı Biznes Mərkəzində dövlət satınalmaları üzrə vahid internet portalının (esatinalma.gov.az) təqdimat mərasimi keçirilib.

ONA-nın xəbərinə görə, təqdimat mərasimində dövlət rəsmiləri, mərkəzi və yerli icra hakimiyyəti orqanları, konsaltinq şirkətləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı jurnalistlərə açıqlamasında deyib ki, portal dövlət satınalmaları üzrə prezidentin sərəncamına uyğun olaraq elektron satınalma modelinə keçid istiqamətində yaradılıb və bu, dövlət başçısı tərəfindən ölkədə aparılan struktur-institusional islahatların tərkib hissəsidir: "Satınalmalar sahəsində portalın fəaliyyətə başlaması, ilk növbədə rəqabət mühitinin, biznes mühitinin daha da yaxşılaşdırılmasını təmin edəcək. Eyni zamanda sahibkarların işini daha da asanlaşdıracaq. Sahibkarlar dövlət orqanlarının hansı istiqamətdə mal, xidmət və işləri sifariş edəcəyini əvvəlcədən biləcək və öz işlərini daha yaxşı planlaşdıracaqlar. Dövlət qurumları isə əvvəlcədən (bir il əvvəldən) öz sifarişlərini bu portalda yerləşdirməklə işlərini daha planlı, sistemli şəkildə həyata keçirəcəklər".

Vüsal Qasımlı qeyd edib ki, satınalmalar sahəsində prezidentin atdığı bu addım bütövlükdə rəqəmsallaşmanı, daha şəffaf hesabatlı yanaşmanı təmin edəcək və dövlət resurslarının daha səmərəli istifadəsinə gətirib çıxaracaq.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR