• İQTİSADİYYAT

    13:26 4 aprel 2019

Dövlət Turizm Agentliyi: Turist məmnunluğunun artırılması əsas məqsədlərimiz sırasındadır

Ötən il ərzində Azərbaycanı ziyarət etmiş xarici vətəndaşların sayı 2017-ci illə müqayisədə 153 min nəfər və ya 6% artaraq 2,8 milyona çatıb. ONA xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisində (“AITF 2019”) çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu ilin ilk 2 ayı ərzində isə Azərbaycana 364 min nəfər əcnəbi gəlib: "Turistlərin sayının ildən-ilə artırılması ilə yanaşı turist məmnunluğunun artırılması da əsas məqsədlərimiz sırasındadır. Bu məsələdə turizm sənayesinin üzərinə də böyük vəzifələr düşür. Biz də öz növbəmizdə yeni infrastrukturların yaradılması, mövcud olanların inkişaf etdirilməsi, yeni turizm məhsullarının hazırlanması, təhsilli kadrların yetişdirilməsi, həmçinin həlli zəruri olan məsələlərin həllində dəstək göstərməyə hazırıq".

F. Nağıyev qeyd edib ki, bütün problemlərin ən optimal həll yolu turizm sənayesinin bütün iştirakçılarını prosesə cəlb etməkdir: "Dövlət Turizm Agentliyi olaraq ölkə turizminə müsbət təsir edəcək bütün inkişaf yönümlü tədbirləri dəstəkləyirik. “AİTF” sərgisi də bu baxımdan istisna deyil".

Aytən

Teqlər:

SON XƏBƏRLƏR