• İQTİSADİYYAT

    09:11 11 aprel 2019

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Aprelin 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,03% – 26 157,16 bəndədək, S&P 500 0,35% – 2 888,21 bəndədək, Nasdaq isə 0,69% – 7 964,24 bəndədək yüksəlib.

ONA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 10-da FTSE 100 indeksi 0,05% – 7 421,91 bəndədək enib, Fransa CAC-40 0,25% – 5 449,88 bəndədək, Almaniya DAX-ı isə 0,47% – 11 905,91 bəndədək yüksəlib.

Aprelin 10-da COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,80 dollar azalaraq 1 306,50 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,06% artaraq 1,1280 dollar təşkil edib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR