• İQTİSADİYYAT

    09:53 26 mart 2019

Dow Jones indeksi 0,06% artıb, S&P 500 0,08%, Nasdaq isə 0.07% azalıb

Martın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,06% – 25 516,83 bəndədək artdığı halda, S&P 500 0,08% – 2 798,36 bəndədək, Nasdaq isə 0.07% – 7 637,54 bəndədək azalıb.

ONA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 25-də FTSE 100 indeksi 0,42% – 7 177,58 bəndədək, Fransa CAC-40-ı 9,28% – 5 260,64 bəndədək, Almaniya DAX-ı isə 0,15 % – 11 346, 65 bəndədək azalıb.

Martın 25-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,30% azalaraq 1 324,95 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi cüzi ucuzlaşaraq 1,1311 dollar təşkil edib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR