• İQTİSADİYYAT

    09:15 8 aprel 2019

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Aprelin 5-nə Amerika fond bazarında Dow Jones indeksi 0,15% – 26 424,99 bəndədək, S&P 500 0,46% – 2 892,74 bəndədək, Nasdaq isə 0,59% – 7 938,69 bəndədək yüksəlib.

ONA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 5-də FTSE 100 indeksi 0,61% – 7 446,87 bəndədək, Fransa CAC-40 0,23% – 5 476,20 bəndədək, Almaniya DAX-ı isə 0,18% – 12 009,75 bəndədək yüksəlib.

Aprelin 5-də COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,50 dollar azalaraq 1 293,80 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,14% azalaraq 1,1229 dollar təşkil edib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR