Martın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,25% – 25 914,10 bəndədək, S&P 500 0,37% – 2 832,94 bəndədək, Nasdaq isə 034% – 7 714,48 bəndədək yüksəlib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 18-də FTSE 100 indeksi 0,98% – 7 299,19 bəndədək, Fransa CAC-40-ı 0,14% – 5 412,83 bəndədək yüksəlib, Almaniya DAX-ı isə 0,25% – 11 657,06 bəndədək enib.
Martın 18-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,46% artaraq 1 307,45 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,10% artaraq 1,1347 dollar təşkil edib.