Aprelin 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,32% – 26 341,02 bəndədək enib, S&P 500 0,10% – 2 895,77 bəndədək, Nasdaq isə 0,19% – 7 953,88 bəndədək yüksəlib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 8-də FTSE 100 indeksi 0,07% – 7 451,89 bəndədək yüksəlib, Fransa CAC-40 0,08% – 5 471,78 bəndədək, Almaniya DAX-ı isə 0,39% – 11 963,40 bəndədək enib.
Aprelin 8-də COMEX-də hərraclarda qızılın unsiyasının qiyməti 4,70 dollar artaraq 1 300,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,08% artaraq 1,1267 dollar təşkil edib.