Martın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,82% – 25 928,68 bəndədək, S&P 500 0,67% – 2 834,40 bəndədək, Nasdaq isə 0,78% – 7 729,32 bəndədək yüksəlib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 29-da FTSE 100 indeksi 0,62% – 7 279,19 bəndədək, Almaniya DAX-ı 0,86% – 11 526,04 bəndədək, Fransa CAC-40 isə 1,02% – 5 350,53 bəndədək yüksəlib.
Martın 29-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,08% azalaraq 1 297,45 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,15% artaraq 1,1233 dollar təşkil edib.