Martın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,03% – 25 709,94 bəndədək yüksəlib, S&P 500 0,09% – 2 808,48 bəndədək, Nasdaq isə 0,16% – 7 630,91 bəndədək enib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 14-də FTSE 100 indeksi 0,37% – 7 185,43 bəndədək, Fransa CAC-40-ı 0,82% – 5 349,78 bəndədək, Almaniya DAX-ı isə 0,13% – 11 587,47 bəndədək yüksəlib.
Martın 14-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,83% ucuzlaşaraq 1 296,10 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,1300 (+0,0027%) dollar təşkil edir.