Mayın 6-da ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 1,04% artaraq 1 barelə görə 71,59 dollar təşkil edib.
ONA-nın məlumatına görə, mayın 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 1,31% qalxaraq 62,75 dollar təşkil edib.