Mayın 24-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 1,17% artaraq1 barelə görə 68,55 dollar təşkil edib.
ONA-nın məlumatına görə, mayın 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 1,19% artaraq 58,60 dollar təşkil edib.