• İQTİSADİYYAT

    17:59 8 aprel 2019

Dünya Enerji Şurası Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Yanacaq-energetika sekorunun bütün istiqamətlərini özündə birləşdirən qlobal təşkilat kimi Dünya Enerji Şurası enerji ölkəsi kimi Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Dünya Enerji Şurasının regional inkişaf üzrə sədr müavini Oleq Budarqinlə görüşü zamanı bildirib.

ONA-nın Azərbaycan Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə Dünya Enerji Şurası ilə əməkdaşlıq əlaqələrinin inkişafı, texnologiyaların tətbiqi ilə enerji sektorunda qlobal miqyasda baş verən dəyişikliklər və yeni çağırışların müzakirəsi üçün 3 ildən bir keçirilən Dünya Enerji Konqresi ilə bağlı fikir mübadiləsi aparılıb. 1923-cü ildən fəaliyyət göstərən, 100-ə yaxın ölkəni və 3 mindən çox təşkilatı əhatə edən Dünya Enerji Şurasının enerji təhlükəsizliyi, enerji bərabərliyi və ekoloji təhlükəsizlik arasında balansın yaradılmasındakı rolundan bəhs edilib.

Söhbət zamanı energetika naziri Pərviz Şahbazova cari ilin 9-12 sentyabr tarixində BƏƏ-də keçiriləcək 24-cü Əbu-Dabi Dünya Enerji Konqresinə dəvət məktubu təqdim olunub.

Qeyd edək ki, “Rifah üçün enerji” devizi altında keçiriləcək tədbir çərçivəsində 8-ci Asiya Nazirlər Toplantısının da təşkili nəzərdə tutulub.

Emil

Teqlər:

SON XƏBƏRLƏR