Mayın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,25% – 26 438,48 bəndədək, S&P 500 0,45% – 2 932,47 bəndədək, Nasdaq isə 0,50% – 8 123,29 bəndədək enib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 6-da Fransa CAC-40 1,18% – 5 483,52 bəndədək, Almaniya DAX-ı isə 1,01% – 12 286,88 bəndədək enib.
Mayın 6-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,03% artaraq 1 284,20 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,12% artaraq 1,1212 dollar təşkil edib.