Mayın 7-də Amerika fond bazarında Dow Jones indeksi 1,79% – 25 965,09 bəndədək, S&P 500 1,65% – 2 884,05 bəndədək, Nasdaq isə 1,96% – 7 963,76 bəndədək enib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 7-də FTSE 100 indeksi 1,63% – 7 260,47 bəndədək, Fransa CAC-40 1,60% – 5 395,75 bəndədək, Almaniya DAX-ı isə 1,58% – 12 092,74 bəndədək enib.
Mayın 7-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,19% artaraq 1 288 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,12% artaraq 1,1204 dollar təşkil edib.