Mayın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,54% – 25 828,36 bəndədək, S&P 500 0,30% – 2 870,72 bəndədək, Nasdaq isə 0,41% – 7 910,59 bəndədək enib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 9-da FTSE 100 indeksi 0,87% – 7 207,41 bəndədək, Fransa CAC-40 1,93% – 5 313,16 bəndədək, Almaniya DAX-ı isə 1,69% – 11 973,92 bəndədək enib.
NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,16% artaraq 1 287,20 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,11% artaraq 1,1227 dollar təşkil edib.