• İQTİSADİYYAT

    09:02 13 may 2019

Dünya fond bazarlarında əsas indeks göstəriciləri

Mayın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,44% – 25 942,37 bəndədək, S&P 500 0,37% – 2 881,40 bəndədək, Nasdaq isə 0,08% – 7 916,94 bəndədək yüksəlib.

ONA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 10-da FTSE 100 indeksi 0,06% – 7 203,29 bəndədək enib, Fransa CAC-40 0,27% – 5 327,44 bəndədək, Almaniya DAX-ı isə 0,72% – 12 059,83 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,23% azalaraq 1 284,40 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,03% azalaraq 1,1230 dollar təşkil edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR