Mayın 13-də Amerika fond bazarında Dow Jones indeksi 2,38% – 25 324,99 bəndədək, S&P 500 2,41% – 2 811,87 bəndədək, Nasdaq isə 3,41% – 7 647,02 bəndədək enib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 13-də FTSE 100 indeksi 0,55% – 7 163,68 bəndədək, Fransa CAC-40 1,22% – 5 262,57 bəndədək, Almaniya DAX-ı isə 1,52% – 11 876,65 bəndədək enib.
NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,15% azalaraq 1 299,80 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,17% artaraq 1,1241 dollar təşkil edib.