Mayın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,82% – 25 532,05 bəndədək, S&P 500 0,80% – 2 834,4 bəndədək, Nasdaq isə 1,14% – 7 734,50 bəndədək yüksəlib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 14-də FTSE 100 indeksi 1,09% – 7 241,60 bəndədək, Fransa CAC-40 1,50% – 5 341,35 bəndədək, Almaniya DAX-ı isə 0,97% – 11 991,62 bəndədək yüksəlib.
NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,06% azalaraq 1 295,50 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1200 dollar təşkil edib.