Mayın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,45% – 25 648,02 bəndədək, S&P 500 0,58% – 2 850,96 bəndədək, Nasdaq isə 1,13% – 7 822,15 bəndədək yüksəlib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 15-də FTSE 100 indeksi 0,76% – 7 296,95 bəndədək, Fransa CAC-40 0,62% – 5 374,26 bəndədək, Almaniya DAX-ı isə 0,90% – 12 099,57 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,10% azalaraq 1 296,50 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,08% artaraq 1,1210 dollar təşkil edib.