Mayın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,84% – 25 862,68 bəndədək, S&P 500 0,89% – 2 876,32 bəndədək, Nasdaq isə 0,97% – 7 898,05 bəndədək yüksəlib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 16-da FTSE 100 indeksi 0,78% – 7 353,51 bəndədək, Fransa CAC-40 1,37% – 5 448,11 bəndədək, Almaniya DAX-ı isə 1,74% – 12 310,37 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,04% artaraq 1 286,70 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,04% artaraq 1,1179 dollar təşkil edib.