Mayın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,33% – 25 679,90 bəndədək, S&P 500 0,67% – 2 840,23 bəndədək, Nasdaq isə 1,46% – 7 702,38 bəndədək enib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 20-də FTSE 100 indeksi 0,51% – 7 310,88 bəndədək, Fransa CAC-40 1,46% – 5 358,59 bəndədək, Almaniya DAX-ı isə 1,61% – 12 041,29 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,16% azalaraq 1 275,20 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,05% azalaraq 1,1160 dollar təşkil edib.