Mayın 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,39% – 25 776,61 bəndədək, S&P 500 0,28% – 2 856,27 bəndədək, Nasdaq isə 0,45% – 7 750,84 bəndədək enib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 22-də FTSE 100 indeksi 0,07% – 7 334,19 bəndədək, Almaniya DAX-ı 0,21% – 12 168,74 bəndədək yüksəlib, Fransa CAC-40 isə 0,12% – 5 378,98 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,16% azalaraq 1 272,20 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,02% azalaraq 1,1148 dollar təşkil edib.