Mayın 23-də Amerika fond bazarında Dow Jones indeksi 1,11% – 25 490,47 bəndədək, S&P 500 1,19% – 2 822,24 bəndədək, Nasdaq isə 1,58% – 7 628,29 bəndədək enib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 23-də FTSE 100 indeksi 1,41% – 7 231,04 bəndədək, Almaniya DAX-ı 1,78% – 11 952,41 bəndədək, Fransa CAC-40 isə 1,81% – 5 281,37 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,21% azalaraq 1 288,30 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,23% artaraq 1,1176 dollar təşkil edib.