Mayın 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,17% – 25 169,88 bəndədək, S&P 500 0,21% – 2 788,86 bəndədək, Nasdaq isə 0,27% – 7 567,72 bəndədək yüksəlib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 30-da FTSE 100 indeksi 0,46% – 7 218,16 bəndədək, Almaniya DAX-ı 0,54% – 11 902,08 bəndədək, Fransa CAC-40 isə 0,51% – 5 248,91 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,32% artaraq 1 296,50 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,04% azalaraq 1,1113 dollar təşkil edib.