Aprelin 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,42% – 26 559,54 bəndədək , S&P 500 0,16% – 2 905,03 bəndədək , Nasdaq isə 0,02% – 7 998,06 bəndədək artıb.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 18-də FTSE 100 indeksi 0,15% – 7 459,88 bəndədək azalıb, Fransa CAC-40 0,31% – 5 580,38 bəndədək , Almaniya DAX-ı isə 0,57% – 12 222,39 bəndədək artıb.
Aprelin 18-də COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 3,20 dollar azalaraq 1 273,6 dollar olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,03% artaraq 1,1298 dollar təşkil edib