• İQTİSADİYYAT

    09:01 24 aprel 2019

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Aprelin 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,55% – 26 636,39 bəndədək, S&P 500 0,88% – 2 933,68 bəndədək, Nasdaq isə 1,32% – 8 120,82 bəndədək yüksəlib.

ONA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 23-də FTSE 100 indeksi 0,85% – 7 523,07 bəndədək, Fransa CAC-40 0,20% – 5 591,69 bəndədək, Almaniya DAX-ı isə 0,11% – 12 235,51 bəndədək yüksəlib.

Aprelin 23-də COMEX-də hərraclarda qızılın unsiyasının qiyməti 0,9 dollar azalaraq 1 276,70 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,11% azalaraq 1,1214 dollar təşkil edib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR