• İQTİSADİYYAT

    09:13 25 aprel 2019

Dünya fond bazarlarında əsas indeks göstəriciləri

Aprelin 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,22% – 26 597,05 bəndədək, S&P 500 0,22% – 2 927,25 bəndədək, Nasdaq isə 0,23% – 8 102,02 bəndədək enib.

ONA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 24-də FTSE 100 indeksi 0,68% – 7 471,75 bəndədək, Fransa CAC-40 0,28% – 5 576,06 bəndədək enib, Almaniya DAX-ı isə 0,63% – 12 313,16 bəndədək yüksəlib.

Aprelin 24-də COMEX-də hərraclarda qızılın unsiyasının qiyməti 2 dollar azalaraq 1 271,20 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,01% yüksələrək 1,1153 dollar təşkil edib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR