Aprelin 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,51% – 26 462,08 bəndədək, S&P 500 0,04% – 2 926,17 bəndədək enib, Nasdaq isə 0,21% – 8 118,68 bəndədək yüksəlib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 25-də FTSE 100 indeksi 0,50% – 7 434,13 bəndədək, Fransa CAC-40 0,33% – 5 557,67 bəndədək, Almaniya DAX-ı isə 0,25% – 12 282,60 bəndədək enib.
Aprelin 25-də COMEX-də hərraclarda qızılın unsiyasının qiyməti 2 dollar artaraq 1 277,40 dollar təşkil edib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,05% artaraq 1,1136 dollar təşkil edib.