Aprelin 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,31% – 26 543,33 bəndədək, S&P 500 0,47% – 2 939,88 bəndədək, Nasdaq isə 0,34% – 8 146,40 bəndədək yüksəlib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 26-da FTSE 100 indeksi 0,08% – 7 428,19 bəndədək azalıb, Fransa CAC-40 0,21% – 5 569,36 bəndədək, Almaniya DAX-ı isə 0,27% – 12 315,18 bəndədək artıb.
Aprelin 26-də NYMEX-də hərraclarda qızılın unsiyasının qiyməti 0.03% artaraq, 1 284,90 dollar təşkil edib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,06% artaraq 1,1149 dollar olub.