Aprelin 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,15% – 26 592,91 bəndədək, S&P 500 0,10% – 2 945,83 bəndədək yüksəlib, Nasdaq isə 0,81% – 8 095,39 bəndədək enib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 30-da FTSE 100 indeksi 0,30% – 7 418,22 bəndədək enib, Fransa CAC-40 0,10% – 5 586,41 bəndədək, Almaniya DAX-ı isə 0,13% – 12 344,08 bəndədək yüksəlib.
Aprelin 30-da COMEX-də hərraclarda qızılın unsiyasının qiyməti 3,70 dollar artaraq 1 285,20 dollar təşkil edib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,02% artaraq 1,1218 dollar təşkil edib.