Mayın 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,61% – 26 430,14 bəndədək, S&P 500 0,75% – 2 923,73 bəndədək, Nasdaq isə 0,57% – 8 049,64 bəndədək enib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 1-də FTSE 100 indeksi 0,44% – 7 385,26 bəndədək enib, Fransa CAC-40 0,10% – 5 586,41 bəndədək, Almaniya DAX-ı isə 0,13% – 12 344,08 bəndədək yüksəlib.
Mayın 1-də COMEX-də hərraclarda qızılın unsiyasının qiyməti 4,50 dollar azalaraq 1 281,20 dollar olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,13% artaraq 1,1209 dollar təşkil edib.