• İQTİSADİYYAT

    09:03 3 may 2019

Dünya fond bazarlarında əsas indeks göstəriciləri

Mayın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,46% – 26 307,79 bəndədək, S&P 500 0,21% – 2 917,52 bəndədək, Nasdaq isə 0,16% – 8 036,77 bəndədək enib.

ONA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 2-də FTSE 100 indeksi 0,46% – 7 351,31 bəndədək enib, Fransa CAC-40 0,85% – 5 538,86 bəndədək enib, Almaniya DAX-ı isə 0,01% – 12 345,42 bəndədək yüksəlib.

Mayın 2-də COMEX-də hərraclarda qızılın unsiyasının qiyməti 8,80 dollar azalaraq 1 275,4 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,07% azalaraq 1,1169 dollar təşkil edib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR