• İQTİSADİYYAT

    09:06 6 may 2019

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Mayın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,75% – 26 504,95 bəndədək, S&P 500 0,96% – 2 945,64 bəndədək, Nasdaq isə 1,58% – 8 164,00 bəndədək yüksəlib.

ONA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 3-də FTSE 100 indeksi 0,40% – 7 380,64 bəndədək, Fransa CAC-40 0,18% – 5 548,84 bəndədək, Almaniya DAX-ı isə 0,55% – 12 412,75 bəndədək yüksəlib.

Mayın 3-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 281,30 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,3% artaraq 1,1200 dollar təşkil edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR