Martın 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,36% – 25 717,46 bəndədək, S&P 500 0,36% – 2 815,44 bəndədək, Nasdaq isə 0,34% – 7 669,17 bəndədək yüksəlib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 28-də FTSE 100 indeksi 0,56% – 7 234,33 bəndədək, Almaniya DAX-ı 0,08% – 11 428,16 bəndədək yüksəlib, Fransa CAC-40 isə 0,09% – 5 296,54 bəndədək, enib.
Martın 28-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,13% azalaraq 1 293,65 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,09% artaraq 1,1231 dollar təşkil edib.