Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib
Aprelin 1-də Amerika fond bazarında Dow Jones indeksi 1,27% – 26 258,42 bəndədək, S&P 500 1,16% – 2 867,19 bəndədək, Nasdaq isə 1,29% – 7 828,91 bəndədək yüksəlib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 1-də FTSE 100 indeksi 0,52% – 7 317,38 bəndədək, Almaniya DAX-ı 1,35% – 11 681,99 bəndədək, Fransa CAC-40 isə 1,03% – 5 405,53 bəndədək yüksəlib.
Aprelin 1-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,32% azalaraq 1 290 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,1% azalaraq 1,1202 dollar təşkil edib.