• İQTİSADİYYAT

    09:04 17 aprel 2019

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Aprelin 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,26% – 26 452,66 bəndədək, S&P 500 0,05% – 2 907,06 bəndədək, Nasdaq isə 0,30% – 8 000,23 bəndədək yüksəlib.

ONA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 16-da FTSE 100 indeksi 0,44% – 7 469,92 bəndədək, Fransa CAC-40 0,36% – 5 528,67 bəndədək, Almaniya DAX-ı isə 0,67% – 12 101,32 bəndədək yüksəlib.

Aprelin 16-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,25% artaraq 1 279,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,20% artaraq 1,1303 dollar təşkil edib.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR