Dünyada ən yüksək əmək haqqı olan şəhərlərin reytinqi tərtib olunub - [color=red]TOP-10[/color]
  • İQTİSADİYYAT

  • 15:32 21 May 2019

Dünyada ən yüksək əmək haqqı olan şəhərlərin reytinqi tərtib olunub - TOP-10

"Deutsche Bank"ın mütəxəssisləri dünyada ən yüksək əmək haqqı olan şəhərlərin reytinqini tərtib edib.

ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, reytinqin ilk pilləsində aylıq əmək haqqı 6,5 min dollar təşkil edən San-Fransisko (ABŞ) qərarlaşıb. Bu şəhər reytinqdə 7 pillə irəliləyərək uzun illər siyahıya liderlik edən Sürixi (İsveçrə) qabaqlayıb. Sürix isə 5,9 min dollarla reytinqin ikinci pilləsinə düşüb. Siyahının üçüncü yerinə isə ABŞ-ın daha bir şəhəri – Nyu-York (4,6 min dolar) layiq görülüb.

Ən yüksək əmək haqqı olan şəhərlərin reytinqi:

#

Şəhər

Ölkə

Əmək haqqı, $

1

San-Fransisko

ABŞ

6 500

2

Sürix

İsveçrə

5 900

3

Nyu-York

ABŞ

4 600

4

Boston

ABŞ

4 300

5

Çikaqo

ABŞ

4 000

6

Sidney

Avstraliya

3 600

7

Oslo

Norveç

3 246

8

Kopenhagen

Danimarka

3 190

9

Melburn

Avstraliya

3 180

10

London

Böyük Britaniya

2 900

OXŞAR XƏBƏRLƏR