• İQTİSADİYYAT

    09:03 4 aprel 2019

Dünyada ilk dəfə 5G-nin kommersiya istifadəsinə başlanılıb

Cənubi Koreya 5G – 5-ci nəsil mobil əlaqənin kommersiya istifadəsinə başlayan dünyanın ilk ölkəsi olub.

ONA TASS-a istinadən xəbər verir ki, ölkənin “SK Telecom”, “KT” və “LG Uplus” telekommunikasiya şirkətləri yeni mobil əlaqənin xidmətini əhaliyə satmağa başlayıb.

Qeyd olunur ki, Cənubi Koreya hökuməti 5G-ni hələ mart ayında istifadəyə verməyi planlaşdırıb, lakin smartfonlar dükanlara gec çatdığından yeni texnologiyanın istifadəsi 1 ay təxirə salınıb.

5-ci nəsil mobil əlaqəsi daha yüksək keçirmə qabiliyyətinə malikdir – məlumatın ötürülmə sürətinin rekordu 25 Qb/s-yə çatır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR