• İQTİSADİYYAT

    10:52 31 may 2019

Dünyanın ən bahalı pərakəndə brendlərinin reytinqi dərc olunub - TOP-10

Elit və pərakəndə brendlər, geyim və “fast food” brendlərini qiymətləndirən “BrandZ Top 75 Most Valuable Global Retail Brands” reytinqi dərc olunub. Reytinq bu il ümumi dəyəri 1,4 trln. ABŞ dolları təşkil edən ən bahalı brendləri əhatə edir.

ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, siyahının birinci pilləsində ABŞ-ın “Amazon.com” servisi qərarlaşıb ki, hazırda brend 315,5 mlrd. dollar məbləğində qiymətləndirilir. İnternet vasitəsilə məhsul və xidmətlər təklif edən “Amazon” 34 məhsul kateqoriyasını, o cümlədən elektron kitablar, məişət texnikası, uşaq oyuncaqları, qida məhsulları, idman malları və s. əhatə edir.

Dünyanın 10 ən bahalı pərakəndə brendi:

#

Ölkə

Brendin dəyəri, mlrd. ABŞ dolları

1

“Amazon”

315,5

2

“Alibaba Group”

131,25

3

“McDonald's”

130,37

4

“The Home Depot”

53,51

5

“Nike”

47,36

6

“Louis Vuitton”

47,21

7

“Starbucks”

45,88

8

“Chanel”

37

9

“Walmart”

36,8

10

“Hermès”

30,97

ONA

Teqlər:

SON XƏBƏRLƏR